Azərbaycanın 3x3 basketbol millisi Fransadakı turnirə məğlubiyyətlə başlayıb

Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsinə məğlubiyyətlə start verib.

"Olimpsport" xəbər verir ki, D qrupunda qərarlaşan millimiz ilk görüşündə “Bordo” klubu ilə qarşılaşıb və rəqibinə 9:17 hesabı ilə məğlub olub.

Komandamızın qrupda növbəti oyunu İspaniya seçməsinə qarşı olacaq.