İspaniya millisi Avropa çempionatlarının tarixinə düşüb
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının yarımfinal görüşündə Fransaya qalib gələrək (2:1) finala yüksələn İspaniya yığması tarixə düşüb.
"Olimpsport" xəbər verir ki, pireneylilər Avropa çempionatları tarixində həm ardıcıl, həm də ümumilikdə 6 qələbə qazanan ilk yığma olub.
Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün, saat 23:00-da start götürəcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.