
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.
"Olimpsport" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib.
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Digər məsələlər
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
