
Messi yığmanın heyətində ən çox qol vuran ikinci futbolçu olub
Argentinalı ulduz Lionel Messi millinin heyətində ən çox qol vuran ikinci futbolçu olub.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu buna ABŞ-də təşkil edilən Amerika Kubokunun yarımfinalında qarşılaşdıqları Kanada ilə oyunda nail olub.
O, millinin heyətində 109-cu qolunu vuraraq iranlı Əli Daeini (108) ötüb və ikinci pilləyə yüksəlib. Yığmada ən çox qol vuran futbolçuların siyahısına isə 130 qolla portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu başçılıq edir.
Qeyd edək ki, L.Messi Argentina millisində 2005-ci il avqustun 17-də, Macarıstanla yoldaşlıq oyununda debüt edib və meydana daxil olduqdan bir dəqiqə sonra qırmızı vərəqə görüb. Futbolçu millidə ümumilikdə 186 oyun keçirib.
Daha çox xəbər


29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
