
Azərbaycan basketbol millisi Avropa çempionatında ikinci qələbəsini qazanıb
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb.
"Olimpsport" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.
Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.
Daha çox xəbər

















Xarici futbol
03-07-2025
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında həlak olub











