Azərbaycan millisinin sabiq futbolçusu Türkiyədə klubunu dəyişib
Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə klubunu dəyişib.
"Olimpsport" xəbər verir ki, 25 yaşlı hücumçu I liqa təmsilçisi "Ümraniyəspor"la müqavilə imzalayıb.
Anlaşmanın detalları haqda ətraflı məlumat verilməyib.
Qeyd edək ki, B.Ekincier 2023/2024 mövsümünü "Şanlıurfaspor"da keçirib. O, meydana çıxdığı 29 oyunda 4 qolla yadda qalıb.