ABŞ millisinin baş məşqçisi istefaya göndərilib
Futbol üzrə ABŞ millisinin baş məşqçisi Qreq Berhalter istefaya göndərilib.
"Olimpsport" xəbər verir ki, bu baradə yığmanın mətbuat xidməti məlumat yayıb.
Komanda onun rəhbərliyi altında meydan sahibi olduqları Amerika Kubokunda qrup mərhələsini adlaya bilməyib.
Qeyd edək ki, 2023-cü ilin yayından milliyə rəhbərlik edən mütəxəssis 2018-2020-ci illər aralığında da yığmada baş məşqçi olub.