"Qalatasaray" - "Beşiktaş" matçının keçiriləcəyi tarix və məkanı açıqlanıb
"Qalatasaray" və "Beşiktaş" arasında Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.
"Olimpsport" xəbər verir ki, qarşılaşma avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.