Kilian Mbappe II liqa klubunu almaq istəyir

İspaniya təmsilçisi "Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol klubu almağa hazırlaşır.

"Olimpsport" "RMC Sport"a istinadən xəbər verir ki, o, yeni mövsümdən Fransanın II liqasında çıxış edəcək "Kan" klubuna sərmayə qoymaq niyyətindədir.

K.Mbappe və ailəsi əlavə gəlir əldə etmək üçün "Kan" klubuna sərmayə qoymağı hədəfləyib.

Qeyd edək ki, Madrid klubu iyulun 16-da yeni transfer etdiyi 25 yaşlı hücumçunun təqdimat mərasimini keçirəcək.