"Fehervar" yoxlama görüşündə qələbə qazanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq "Fehervar" (Macarıstan) növbəti yoxlama matçını keçirib.

"Olimpsport" xəbər verir ki, Sekeşfehervar klubu Sloveniya təmsilçisi "Dekani" ilə qarşılaşıb.

Matç macarların qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, "Sumqayıt" dünən yoxlama görüşündə Türkiyənin I Liqa komandası "Gənclərbirliyi"ni 1:0 hesabı ilə üstələyib.

Samir Abasovun rəhbərlik etdiyi klub "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.