Fransa millisinin üzvü İtaliya klubu ilə anlaşıb
Fransa millisinin üzvü Rafael Varan İtaliya A Seriyası təmsilçisi "Komo" ilə razılığa gəlib.
"Olimpsport" İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Sesk Fabreqasın baş məşqçisi olduğu klubun təklifini qəbul edib və müqavilə yaxın vaxtlarda rəsmiləşəcək.
2021-ci ildən İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən dünya çempionunun müqavilə müddəti yayda başa çatıb və o, hazırda azad agentdir.
Qeyd edək ki, ötən mövsüm "Komo" B seriyasında 2-ci yeri tutub və İtaliyanın əsas liqasında mübarizə aparmaq hüququ qazanıb.