Azərbaycanın həndbol klublarının Avropa Kubokunda rəqibləri müəyyənləşib

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək həm kişi, həm qadınlardan ibarət komandalarının rəqibləri müəyyənləşib.

"Olimpsport" xəbər verir ki, həndbol üzrə avrokubokların 2024/25 mövsümünün püşkü atılıb.

Kişilərdən ibarət "Kür" komandası “Stravolo” (Kipr), “Bakı” isə “Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Qadın komandalarından isə “Kür” Yunanıstan təmsilçisi “İonias”, “Qarabağ” “Differdanj” (Lüksemburq), “Azəryol” isə “Qaliçanka” (Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, ölkəmiz 5 komanda ilə təmsil olunacaq. Təmsilçilərimiz yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda oktyabrın 5-6-da və 12-13-də keçiriləcək. Avropa kubokunda 63 kişi və 64 qadın komandası çıxış edəcək.