
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkü atılıb
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.
"Olimpsport" xəbər verir ki, AFFA-nın İnzibati Binasında təşkil olunan mərasimdə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.
Tədbirdə E.Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.
Püşkatmada 33-cü dəfə keçiriləcək və 10 komandanın -“Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi yarışın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq.
Araz-Naxçıvan - Qarabağ
Şamaxı - Sabah
Zirə - Səbail
'Neftçi" - "Turan -Tovuz"
Sumqayıt -Kəpəz
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.
Daha çox xəbər



29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024