Metyu Rayan karyerasını İtaliyada davam etdirəcək

Avstraliya millisinin kapitanı Metyu Rayan karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

"Olimpsport" "Daily Mail"ə istinadən xəbər verir ki, 32 yaşlı qapıçı bu yay Niderlandın "AZ Alkmaar" klubundan ayrılıb.

Qolkiper "Roma" ilə əməkdaşlığı daha 2 mövsüm uzatmaq variantı ilə 1 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, M.Rayan 2017-2021-ci illərdə İngiltərənin "Brayton" klubunda oynayarkən məşhurlaşıb. O, həmçinin “Arsenal”, “Real Sosyedad”, “Valensiya”, “Brügge”, “Kopenhagen” və digər klublarda çıxış edib.