Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komanda bəlli olub

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.

"Olimpsport" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu "Şəfa" olacaq.

Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.

Qeyd edək ki, "Şəfa" yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"lə qarşılaşmış və məğlub olmuşdu.