
Azərbaycanın güləş milliləri Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb
Azərbaycanın güləş üzrə milli komandaları Paris olimpiadasına son hazırlıq prosesinə start verib.
"Olimpsport" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcəklər.
Hər 3 komandanın Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.
Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris-2024-də güləş yarışı avqustun 5-11-i aralığında baş tutacaq.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
