"Filadelfiya Yunion" klubunun futbolçusu ABŞ çempionatının tarixinə düşüb

"Filadelfiya Yunion" klubunun futbolçusu Kavan Sallivan ABŞ-nin əsas çempionatı olan MLS-in tarixinə düşüb.

"Olimpsport" ESPN-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi MLS tarixində meydana çıxan ən gənc futbolçu olub.

O, bunu "Nyu-İnqlend Revolyuşn" ilə oyunda reallaşdırıb. Futbolçu bu matçda meydana çıxarkən 14 yaş 293 günlüyündə olub. K.Sallivan 85-ci dəqiqədə Taya Baribonu əvəzləyib.

Qeyd edək ki, bundan əvvəlki rekord ABŞ millisinin sabiq üzvü Freddi Aduya məxsus idi. "DC Yunayted"in sabiq futbolçusu 2004-cü ildə, 14 yaş 306 günlüyündə olarkən "San Xose"yə qarşı oyunda meydana çıxıb və uzun müddət bu rekordun sahibi olub.