Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub

Qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələlərinin püşkü atılıb.

"Olimpsport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan milli komandasının rəqibi müəyyənləşib.

Millimiz birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq. Komandamız ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.

Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək