"Barselona" milli üzvünə 6 illik müqavilə təklif edib

İspaniyanın "Barselona" klubu milli üzvü Dani Olmoya 6 illik müqavilə təklif edib.

"Olimpsport" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırda Almaniyanın "Leyptsiq" klubunun formasını geyinən futbolçunun agentləri ilə danışıqlar aparılır.

26 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Bundesliqa təmsilçisində çıxış edir.

Qeyd edək ki, İspaniya yığması ilə AVRO-2024-ün qalibi olan D.Olmo ötən mövsüm Almaniya klubunda meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.