"Qarabağ"ın rəqibi baş məşqçini dəyişir

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina” baş məşqçisini dəyişəcək. Olimpsport.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, hazırkı baş məşqçi Paolo Souza ilə əməkdaşlıq mövsümün sonunda başa çatacaq. Cari mövsüm, xüsusilə də A seriyasında çox zəif çıxış edən “bənövşəyilər”in çıxışı rəhbərliyi qane etmir.

 

Bu səbədən də hazırkı çalışdırıcı ilə yollar ayrılacaq.

 

Artıq onun yerinə kimin gətiriləcəyi ilə bağlı xəbərlər də var. Belə ki, “Latsio”nun sabiq baş məşqçisi Stefano Polli boşalacaq posta əsas namizəd kimi göstərilir.

 

Qeyd edək ki, rəhbərliklə yanaşı, azarkeşlər də Souzanın işindən narazıdır. Klub saytında keçirilən sorğuda uğursuzluğun səbəbləri soruşulub. Səsverənlərin 48%-i bu vəziyyətə səbəb kimi komandanın düzgün taktika ilə çıxış etmədiyi variantını seçib.