"Yuventus" klubunun hücumçusu İtaliya A Seriyasında ən çox qazanan futbolçu olacaq
İtaliyanın "Yuventus" klubunun hücumçusu Duşan Vlahoviç 2024/2025 mövsümündə A Seriyasında ən çox qazanan futbolçu olacaq.
"Olimpsport" "Capalogy"yə istinadən xəbər verir ki, serbiyalı futbolçu yeni mövsümdə 22,22 milyon avro qazanacaq.
A Seriyasında ən çox qazanacaq futbolçuların siyahısında ikinci sırada "Napoli"nin üzvü Viktor Osimhen (12,82 milyon avro) qərarlaşıb. Üçüncü yeri isə “Yuventus” klubunun polşalı qapıçısı Voyçex Şesnı və “İnter”in yarımmüdafiəçisi Nikolo Barella bölüşürlər. Hər iki oyunçunun qazancı 12 milyon avro olacaq.
Qeyd edək ki, ötən mövsüm D.Vlahoviç A Seriyasında 33 oyun keçirib, 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.