İngiltərə klubu Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

İngiltərənin "Aston Villa" klubunun və Fransa millisinin futbolçusu Mussa Diabi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"la razılığa gəlib.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, klublar yarımmüdafiəçinin keçidini 60 milyon avroya razılaşdırıblar.

25 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, M.Diabi 2023-cü ildən formasını geyindiyi İngiltərə klubunda meydana çıxdığı 33 oyunda 6 qolla yadda qalıb.