"Qarabağ" - "Linkoln" cütünün qalibinin potensial rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Olimpsport" xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ”ın II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandası ilə duelinin qalibinin potensial rəqibi bəlli olacaq.

“Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Bu cütün məğlubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində iştirak edəcək. Mümkün rəqib bu gün baş tutacaq püşkatmada müəyyənləşəcək.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.