"Turan Tovuz" "Adana Demirspor"la heç-heçə edib

Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" ikinci yoxlama oyununu keçirib.

"Olimpsport" xəbər verir ki, Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor"la qarşılaşan qərb klubu məhsuldar heç-heçəyə razılaşıb - 3:3.

Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl qardaş ölkənin digər təmsilçisi "Pendikspor"la bərabərə (0:0) qalmışdı.