"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir.

"Olimpsport" "Defensa Central"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalıya 200 milyon avro dəyərində 5 illik müqavilə təklif etməyə hazırdır.

Mançester təmsilçisi Madrid klubuna əlavə 230 milyon avro ödəmək niyyətindədir. Hücumçu “Real"a 2018-ci ilin iyulunda Braziliya klubu “Flamenqo”dan keçib. Onun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2023/2024 mövsümündə V.Junior meydana çıxdığı 39 matçda 24 qola 11 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.