Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

"Olimpsport" ESPN-ə istinadən xəbər verir ki, ilk pilləyə Argentina yığmasının futbolçusu Lionel Messi layiq görülüb.

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduzu Kriştianu Ronaldu ikinci, Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri isə üçüncü olub.

Braziliya millisinin futbolçusu Neymar 20-ci yerə layiq görülüb.