"Antverpen" klubunun hücumçusu "Monako"ya keçib

Belçikanın "Antverpen" klubunun 17 yaşlı hücumçusu Corc İlenixena Fransa təmsilçisi "Monako"ya keçib.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, bu transfer "Monako"ya təxminən 20 milyon avroya başa gəlib.

C.İlenixena Nigeriyanın Laqos şəhərində anadan olub və üç yaşında ailəsi ilə birgə Fransaya köçüb. O, 2023-cü ilin yayında "Antverpen"ə keçib.

Forvard ötən mövsüm 50 oyunda 14 qol vurub.