"Nəticədən məmnun deyiləm" - Fatih Terim

Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda Ukrayna ilə qarşılaşıb.

 

Olimpsport.az xəbər verir ki, 2 - 2 hesablı bərabərliklə başa çatan matçdan sonra "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

"Oyuna yaxşı başlamadıq. Nə qədər yayındırmağa çalışsaq da, matçdan öncə baş verən olaylar futbolçulara təsir etdi. Çox pis bir oyun oldu. Bunun başqa bir izahı yoxdur. Öz meydanızımda, belə bir azarkeşin qarşısında qələbə qazana bilmiriksə... Konya azarkeşlərinə təşəkkür edirəm.

 

Belə pis başlanğıc gözləmirdim. Bir neçə oyunçumuza, xüsusən də Hakan Çalhanoğluna milli komanda ilə bağlı yaşanan olayların təsir etdiyi görünür. Futboldan kənar hadisələrin milliyə təsir etməməsi lazımdır, amma təəssüf ki, olmur. İkinci hissədə meydan daxil olan futbolçular yaxşı mübarizə apardılar. Amma nəticədən məmnun deyiləm. Baxaq görək, necə olacaq.

 

Şablon olsa da deməliyəm ki, hələ qarşıda 8 matçımız var. Çox şey dəyişəcək. Məğlub olmamaq önəmlidir. Bu günkü tək təsəllimiz bəzi gənclərimizin bizi xoşbəxt etməsidir. 2:0-dan sonra komandanın ruhdan düşməməsi sevindirici haldır. Pozitiv olmaq lazımdır. Döyüşən bir milli komanda yarada biləcəyik.

 

Müqaviləmdə nə yazıldığını bilmirəm. Kim nə yazıbsa, mənim xəbərim yoxdur. Yıldırım Demirörendən soruşa bilərsiz. Heç vaxt təzminat almamışam. Müqaviləmə təzminat maddəsi də qoymamışam. Mənim həyatımda heç bir gizli işim yoxdur. Dediklərimin hamısını araşdıra bilərsiz".(sportal.az)