2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları davam edir.
Olimpsport.az xəbər verir ki, ikinci oyun günündə A, B və H qruplarında yer alan yığma komandalar mübarizə aparacaq.
A qrupunda Fransa qrup lideri Bolqarıstanı qonaq edəcək. Qonaqlar bu görüşü 3 xalla başa vuracağı təqdirdə birincilik mövqeyini qoruyacaq. Sonuncu pillədə olan Luksemburq isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda isə Hollandiya və Belarus yığmaları üz-üzə gələcək.
Sonuncu Avropa çempionu Portuqaliya yığması Andorranı qəbul edəcək. Aktivində xal olmayan komandalar B qrupunun sonuncu pillələrini bölüşür. Qrupun hazırkı lideri İsveçrə səfərdə Macarıstanla qarşılaşacaq. Qələbə isveçrəliləri birinci pillədə möhkəmləndirəcək. Latviya isə Farer adalarını məğlub etməyə çalışacaq.
H qrupunda da azarkeşlər maraqlı görüşün şahidi olacaq. Yunanıstan Kipri, Belçika Bosniya və Herseqovinanı, Estoniya isə Cəbəllütariqi qonaq edəcək.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
A qrupu
22:45. Fransa - Bolqarıstan
Sen-Deni. "Stad-de-Frans" stadionu
22:45. Luksemburq - İsveç
Luksemburq. "Jozi Bartel" stadionu
22:45. Hollandiya - Belarus
Rotterdam. "De Keyp" stadionu
B qrupu
22:45. Portuqaliya - Andorra
Aveyru. "Munitsipal de Aveyru" stadionu
22:45. Mavarıstan - İsveçrə
Budapeşt. "Qroupama Arena"
22:45. Latviya - Farer adaları
Riqa. "Skonto" stadionu
H qrupu
22:45. Belçika - Bosniya və Herseqovina
Brüssel. "Rua Boduen" stadionu
22:45. Yunanıstan - Kipr
Pirey. "Georgios Karaiskakis" stadionu
22:45. Estoniya - Cəbəllütariq
Tallin. "Le Kok Arena"