Neymar 300-cü qolunu vurdu
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Boliviya ilə keçirilən oyun Braziliya millisinin hücumçusu Neymar üçün əlamətdar olub. Olimpsport.az xəbər verir ki, “Barselona”nın forvardı bu qarşılaşmada yubiley qolunu vurub.
“Sambaçılar”ın 5:0 hesablı qələbə qazandığı görüşdə hesabı açan Neymar karyerasındakı qolların sayını 300-ə çatdırıb. 24 yaşlı ulduz Braziliyanın əsas millisində 49, aşağı yaş qrupları üzrə yığmalarında 18, “Barselona”da 95, “Santos”da isə aktivinə 138 top yazdırıb.
Neymar millidə qollarının sayını 49-a çatdırmaqla Zikonu geridə qoyub və ən məhsuldar 4-cü oyunçu ünvanını ələ keçirib. Bu baxımdan 3-cü olan Romario “pentakampeonlar”ın heyətində 55 qola imza atıb.
Qeyd edək ki, Braziliya millisi Cənubi Amerika zonasında 9 turdan sonra 18 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.