Millinin futbolçularını daşıyan avtobus yanıb - FOTOLAR

Futbol üzrə İsveç millisinin futbolçularını daşıyan avtobus yanıb. Olimpsport.az  xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib. 

Belə ki, milli məşq edən zaman avtobusu yanğın bürüyüb. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısını almaq mümkün olub.

Hadisə zamanı xəsarət alan olmayıb. İsveç Futbol Federasiyasının yaydığı xəbərə görə, yanğın millinin məşqi zamanı baş verib və bu səbəbdən avtobusda heç kim olmayb.

Qeyd edək ki, İsveç millisi DÇ-2018-in seçmə mərhələsində sabah öz meydanında Bolqarıstanı qəbul edəcək. (Qafqazinfo)

Milli komandanın avtobusu yandı -  Fotolar
Milli komandanın avtobusu yandı -  Fotolar
Milli komandanın avtobusu yandı -  Fotolar