Portuqaliyalı futbolçudan azərbaycanlı jurnalistə sual: “Bunu Ronaldoya görə deyirsiz?”

“Fikrim topu özümdə çox saxlayıb, qol vurmaq deyil. Düzdür, hücumçuyam və oyun tərzim belədir. Amma mənim üçün qol vurmaqdan daha çox, komandamın uğuru önəmlidir”.

Olimpsport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının üzvü Joao Filipe deyib.

Bakıda keçirilən Avropa çempionatının 1/4 finalında Avstriyanı 5:0 hesabı ilə darmadağın edən Portuqaliya millisi yarımfinala yüksəlib.

Görüşdən sonra Joao Filipe jurnalistlərin suallarını cavablandırıb. Azərbaycanlı mətbuat nümayəndələrindən biri - sport7.az saytının əməkdaşı portuqaliyalı futbolçuya “Daşıdığınız 7 nömrəli formanın məsuliyyətini dərk edirsinizmi” sualını verib. Joao Filipe sualı belə cavablandırıb: “Siz bu sualı Kriştianu Ronaldoya görə verirsiz? (gülür). Xeyr, 7 nömrəni mən də geyə bilərəm, başqası da. Daşıdığım nömrə önəmli deyil. Əsas olan komandamızın uğurudur”.