Samboçumuz dünya çempionu oldu

Azərbaycan samboçusu Yaşar Nəcəfov Rumıniyanın Ploieşti şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatının qızıl medalına sahib çıxıb. Olimpsport.az xəbər verir ki, 56 kq çəkidə yarışan idmançımız finalda gürcüstanlı Saba Qriqalaşvilini məğlub edib. 

Bu, Azərbaycanın çempionatda əldə etdiyi yeganə medal olub. 

Qeyd edək ki, dünya çempionatında baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yeniyetmələrdən Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əskərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq), gənclərdən isə Yusif Nəbiyevlə (62 kq) Röyal Zeynalov (82 kq) iştirak edib.