
Hidayət Heydərov reytinq cədvəlində birinci pilləyə yüksəlib
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
"Olimpsport" xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (600 xal) birinci pilləyə yüksəlib.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.
Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal), Yaşar Nəcəfov (290 xal) və Leyla Əliyeva (280 xal) növbəti sıralarda yer alıblar.
Daha çox xəbər


29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
