
Azərbaycan Paris-2024-də ikinci qızıl medalını qazandı
Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
Bu uğura cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev nail olub. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz 1/8 finalda polşalı Pyotr Kuçeraya, 1/4 finalda isə İsrail təmsilçisi Peter Palçikə ipponla qalib gəlib.
Təmsilçimiz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevi (Özbəkistan) məğlub edib.
Həlledici görüşdə idmançımızın rəqibi dünya reytinqində ikinci pillədə qərarlaşan gürcüstanlı İlya Sulamanidze olub.
Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə Zelim Kotsoyev rəqibinə qalib gələrək Olimpiya çempionu adını qazanıb.
Bununla da Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, nazir müavini Mariana Vasileva və Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev də izləyib.
Xatırladaq ki, cüdo yarışlarının üçüncü günündə dünya və Avropa çempionumuz Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycana Paris-2024-ün ilk medalını qazandırmışdır.
Daha çox xəbər


29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
