Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi
Boks üzrə yığma komandamızın üzvü Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində 1/4 final görüşünə çıxıb. -92 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran boksçumuz yarımfinala vəsiqə qazanıb. İdmançımız bununla da ən azı Paris-2024-ün bürünc medalını təmin edib.
Qeyd edək ki, Alfonso Dominqes 1/8 finalda kubalı ikiqat Olimpiya çempionu Xulio Sezar la Kruzu məğlub etmişdi.
Daha çox xəbər
Ölkə futbolu
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
Ölkə futbolu
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
Ölkə futbolu
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
AZMİU İdman Klubu
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
Digər növlər
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
Xarici futbol
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
