Zelim Kotsoyev: «Bütün Azərbaycan məndən bu qalibiyyəti gözləyirdi»

Paris Yay Olimpiya Oyunlarında ölkəmizə 100 kq çəki dərəcəsində qızıl medal qazandıran cüdoçumuz Zelim Kotsoyev qələbə sevincini bölüşüb. Paris-2024-ün qızıl mükafatçısı bildirib ki, bu onun idmançı karyerasında ən böyük nailiyyət kimi qalacaq.        

"Çox gözəl hisslər keçirirəm. Avropa və dünya çempionluğundan sonra növbə Olimpiya qızılını qazanmaq idi. Həmin yarışlarda əldə etdiyim nailiyyətlər məni daha da ruhlandırmışdı. Sevinirəm ki, Hidayət Heydərovdan sonra növbəti dəfə Azərbaycan bayrarğını Fransa dalğlandırmaq öz növbəmdə mənə də nəsib oldu. Ən böyük təbriki isə ölkə başçısı cənab İlham Əliyevdən aldım. Mən onu da başa düşürəm ki, bütün Azərbaycan məndən bu qalibiyyəti gözləyirdi. Əgər onları sevindirə bildimsə, onlara qələbə həyəcanı yaşada bildimsə, buna görə  özümü çox xoşbəxt hesab edirəm. Fürsətdən istifadə edib, bu arenada məni dəstəkləyənlərə də öz təşükkürümü bildirirəm",  - deyə Zelim Kotsoyev qeyd edib.