"Yaxşı nəticəyə imza atmaq üçün əlimizdən gələni edəcəyik” - Mirzəbəyov

“Bizi asan oyun gözləmir. Hər birimiz yaxşı başa düşürük ki, Çexiya güclü komandadı”. Olimpsport.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Məhəmməd Mirzəbəyov deyib.

 

DÇ-2018-in seçmə mərhələsində ilk 2 oyundan sonra aktivində 6 xal olan millimiz növbəti görüşünü sabah Çexiyaya qarşı keçirəcək.

 

Millimizin oyunöncəsi mətbuat konfransında iştirak edən Mirzəbəyov sabahkı matçla bağlı bu fikirləri səsləndirib: “Çexiya həmişə güclü olub. Almaniyaya uduzsalar da, onları çətin rəqib sayırıq. Amma hər şey mümkündü. Yaxşı nəticəyə imza atmaq üçün əlimizdən gələni edəcəyik”.

 

- Sabah qələbə qazansanız, qrupdakı liderliyi təmin edəcəyini demək olarmı?

- Təbii ki, qələbə bizdə özünəinam hissini bir qədər də artırar. Üstəlik, bu nəticəyə Çexiya ilə görüşdə imza atırsansa, motivasiya daha yüksək olur. Burdan qələbə ilə qayıtmaq bizim üçün əla olardı. (Apasport)