"Bavariya" "Tottenhem"ə qalib gəlib
Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.
"Olimpsport" xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münxenlilər 2:1 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. 4-cü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.
İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.
Qeyd edək ki, bu komandalar 1 həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.