İngiltərə millisində yeni kapitan

 

İngiltərə millisinin kapitanı dəyişib.  Olimpsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki,  DÇ-2018-in seçmə mərhələsində bu gün keçiriləcək Sloveniya matçında kapitan sarğısını Ueyn Runi yox, Cordan Henderson taxacaq.

Bu barədə millinin müvəqqəti baş məşqçisi Qaret Sautqeyt belə deyib: 

"Bu gün Runiyə şans verməyəcəm. Cordan Hendersonun oyununu çox bəyənirəm. O, Stiven Cerardın "Liverpul"dan ayrılmasında sonra klubun kapitanı oldu və yaxşı kapitan ola biləcəyini sübut etdi".