Peşəkar Futbol Liqasının icraçı direktoru yeni təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.
"Olimpsport" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Başakşəhər" və Gürcüstanın "İberiya" komandaları arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 15-də baş tutacaq.