"Çelsi" klubunun futbolçusu karyerasını İspaniyada davam etdirəcək
İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher karyerasını İspaniya təmsilçisi "Atletiko"da davam etdirəcək.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Madrid klubuna keçməyə razılaşıb.
"Atletiko" bu transfer üçün 40 milyon avro xərcləyəcək və yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, K.Qallaherin "Çelsi" klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm londonluların heyətində bütün turnirlərdə 50 oyun keçirən 24 yaşlı ingiltərəli futbolçu 7 qola, 9 məhsuldar ötürməyə imza atıb.