Runinin oğlu "Mançester Yunayted"də

“Mançester Yunayted” komandasının hücumçusu Ueyn Runiyə İngiltərə klubunda davamçı tapılıb.

Olimpsport.az  “The Sun” qəzetinə istinadən xəbər verir ki, Runinin altı yaşlı oğlu İngiltərənin ən titullu klubunun uşaq komandasında atasının yolunu davam etdirəcək.

Məlumata görə, Kay Runi “qırmızı şeytanlar”ın uşaq futbolunda artıq bir neçə həftədir dərs və məşğələlərində iştirak edir.