"Azərbaycan millisinin etibarlı müdafiə xətti var" - Çexiya yığmasının üzvü
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Ostrava şəhərində Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq. Olimpsport.az xəbər verir ki, oyundan öncə Çexiya yığmasının üzvü Ladislav Kreyçi mətbuat konfransında qarşıdakı matçı dəyərləndirib: "Azərbaycan millisi ilə matçda 3 xal qazanacağımıza inanıram. Keçirdyimiz 2 matçın heç birində qalib gələ bilməmişik. Buna görə də, "qara zolaq"dan çıxmaq istəyirik. Rəqibin 2 oyunda maksimum nəticə göstərməsi komandanın səviyyəsindən xəbər verir.
Yığmamız haqqında da danışan "Bolonya"nın hücumçusu müdafiə xəttimizi xüsusi qeyd edib: "Azərbaycan millisinin etibarlı müdafiə xətti var. Əks-hücumlara çıxanda çox təhlükəli olurlar. Bizə gəlincə isə, bacardığımızı edib, qalib gəlməliyik". (cbc sport)