"Mançester Yunayted"in titul sponsoru "Old Trafford"un ad hüququna malik olmaq istəyir
İngiltərənin "Mançester Yunayted" klubunun titul sponsoru "Snapdragon" "qırmızı şeytanlar"ın ev oyunlarını keçirdiyi stadionun ad hüququna sahib olmaq istəyir.
"Olimpsport" "The Guardian"a istinadən xəbər verir ki, şirkət “Old Trafford”un və ya onun yerində tikilən yeni stadionun hüquqlarını almaqda maraqlıdır.
“Mançester Yunayted” yeni arena tikmək variantını nəzərdən keçirir. Bu stadionun 2 milyard funt-sterlinqə başa gələcəyi bildirilir.
İdman obyekti 100 min nəfərlik azarkeş tutumuna malik olacaq.