"Atletiko" "Əl-Nəsr" klubunun futbolçusunu transfer etmək istəyir

İspaniyanın "Atletiko" klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən Aymerik Laportu transfer etmək istəyir.

"Olimpsport" "Football Espana"ya istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu La Liqaya qayıtmaq niyyətindədir.

Müdafiəçi hətta az maaş qarşılığında da bu çempionatda oynamağa hazırdır.

Qeyd edək ki, A.Laport ötən mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində meydana çıxdığı 40 oyunda, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya millisi ilə AVRO-2024-də çempion olub.