"Bavariya" dörd futbolçu ilə yolları ayıracaq
Almaniyanın "Bavariya" klubu dörd futbolçu ilə yollarını ayıracaq.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, Matteys de Liqt, Nussair Mazraui, Brayan Saraqosa (icarə) və Kinqsli Koman (icarə və ya satış) yayın sonunadək komandanı tərk etməlidirlər.
Dezir Due ("Renn", Fransa) və Conatan Tanın ("Bayer 04") transferlərinə görə Münhen təmsilçisi De Liqt və Mazraui ilə vidalaşacaq. Rəhbərlik De Liqti İngiltərənin "Mançester Yunayted" klubuna bonuslar nəzərə alınmadan 50 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, K.Koman 2017-ci, De Liqt və Mazraui 2022-ci ildən "Bavariya"nın formasını geyinir. B.Saraqosa isə 2024-cü ilin fevralında İspaniyanın "Qranada" klubundan transfer olunub, daha sonra elə həmin komandaya icarəyə verilib. Onun icrarə müddəti yayda bitib.