"Qalatasaray" yeni xanım sponsorla müqavilə imzaladı
Türkiyənin "Qalatasaray" klubun qadınlardan ibarət voleybol komandası yeni sponsoru ilə müqavilə imzalayıb.
OLimpsport.az xəbər verir ki, "Trendyol" komandaya 2 milyon TL qarşılığında 3 il sponsorluq edəcək.
"Ali Sami Yen" idman kompleksinin "Türk Telekom Arena"da keçirilən imzaarma mərasimində "Qalatasaray"ın prezidenti Dursun Özbek, voleybol komandasının baş məşqçisi Ataman Güneyligil, kapitan Nihan Güneyligil və "Trendyol"un qurucusu və CEO-su Demet Mutlu iştirak edib.