
Paris-2024-ün ən gözəl idmançısı barədə şaiyələr gəzir
Paris-2024 Yay Olimpiya Oyunlarının ən gözəl idmançısı adlandırılan paraqvaylı üzgüçü Luana Alonsonun Olimpiya kəndini tərk etməsi ilə bağlı məlumatlar yayılıb. İdmançı bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. “Xahiş edirəm, yalan məlumat yaymağı dayandırın. Mən heç yerə getməmişəm və məni də buna heç kim məcbur edə bilməz. Yalanların mənə təsir etməsinə icazə verməyəcəyəm”, - deyə Alonso öz sosial şəbəkə hesabında bildirib.
Məlumat üçün bildirək ki, Alonso 100 metr məsafəyə batterflay usulu ilə üzmə yarışında iştirak etsə də, təsnifat mərhələsində mübarizədən kənarda qalıb. Bu uğursuzluqdan sonra idmançı komanda rəhbərliyinə əvvəlcədən xəbər vermədən karyerasını bitirdiyini açıqlayıb. Alonsonun sözlərinə görə, o, Olimpiadaya getməzdən əvvəl çıxışlarını dayandırmaq qərarına gəlib. Mətbuatın yazdığına görə, Alonso artıq ABŞ-a qayıdıb.
Daha çox xəbər




Baş redaktor
18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


Digər növlər
02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

Digər növlər
30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















Olimpiya Növləri
08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





Digər növlər
08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
