Efiopiyalı atlet maneyə çırpılıb

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışlarında efiopiyalı Lameha Girma 3000 metr məsafəyə maneəli qaçış yarışıların finalında yıxılıb. LEquipe xəbər verir ki, Tokio-2020-nin gümüş mükafatçısı lider qrupunda olsa da, finişə 200 metr qalmış maneəyə çırpılıb. Huşunu itirən idmançı xərəkdə atletika zolağından çıxarılıb. Girma "Stade de Frans"ın təcili tibbi yardım məntəqəsinə aparılıb, ona ilkin yardım göstərilib

Məlumat üçün bildirək ki, 23 yaşlı atlet üç dəfə dünya çempionatında gümüş medala yiyələnib. O, 7:52,11 ilə 3000 metr məsafəyə maneəli qaçış üzrə dünya rekorduna sahibdir.